"Ukraynanın vilayətlərində də həmvətənlərimizin fəallığı artıb. Ukrayanda fəaliyyət göstərən təşkilatlar bir araya gələrək Ukrayna Ali Radasını təsis edib və son təcrübə göstərir ki, bütün təşkilatlar bir araya gəldikdə qarşıya qoyulan hədəflərin öhdəsindən gələ bilirk".

Bu sözləri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov Azərbaycan Televiziyasının "Əsas məsələ" tok şousunda deyib.
H.Cavadov qeyd edib ki, fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və icrasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə məsləhətləşmələr aparılır.